Dəhşətli terror aktı: 512 nəfər ölüb

Dəhşətli terror aktı: 512 nəfər ölüb
  03 Dekabr 2017    Oxunub:2343
Somalinin paytaxtı Moqadişoda oktyabrın 14-də törədilmiş terror aktını təhqiq edən komissiya yekun məlumat açıqlayıb.
Komissiyanın məlumatına əsasən, hadisə nəticəsində həlak olanların sayı 512 nəfərə, yaralıların sayı 312 nəfərə çatıb, 62 insan isə itkin düşüb.

Hökumət partlayışın arxasında “Əş-Şəbab” qruplaşmasının dayandığını iddia edir.

Xatırladaq ki, oktyabrın 14-də Moqadişo şəhərinin ən izdihamlı küçələrinin birində bomba dolu yük avtomobili partladılıb. Bu, ölkə qeydə alınan ən böyük və ən qanlı terror aktı kimi tarixə düşüb.

AzVision.az


Teqlər: Somali   Terror  





Xəbər lenti