Lavrov: “Azərbaycanla bağlı heç bir şübhəmiz yoxdur”
"Rusiyanın Avropa İttifaqı ilə təəssüf ki, bizim günahımıza görə dondurulmayan tərəfdaşlıq sazi var. Aİ-yə daxil olan bəzi ölkələrin "Şərq tərəfdaşlığı"ndan anti-Rusiya məqsədləri üçün istifadə etmək istədiyini görürük. Onlar çox deyillər, lakin özlərini kifayət qədər aqressiv aparırlar".
Rusiyalı nazir "Şərq tərəfdaşlığı"nda iştirak edən Azərbaycanla bağlı da fikir bildirib: "Belarus, Ermənistan və Azərbaycanla bağlı heç bir şübhəmiz yoxdur. Əlbəttə ki, ukraynalı, moldovalı və gürcüstanlı həmkarlarımızın necə davrandığını görürük".
"MDB-yə üzv olan ölkələrlə hər hansı bir təmasda Rusiyaya qarşı mübarizə aparmaq səmərəsiz və faydasızdır", - deyə Lavrov əlavə edib.
Nazir əminliklə bildirib ki, "Şərq tərəfdaşlığı"nın Rusiyaya qarşı yönləndirilməsi mümkün olmayacaq. (Report)
AzVision.az
Teqlər: Rusiya Lavrov Azərbaycan