Həbsxanada növbəti qanunsuzluq

Həbsxanada növbəti qanunsuzluq
  23 Sentyabr 2013    Oxunub:1139
Bakı İstintaq təcridxanasında və 1 saylı cəzaçəkmə müəssisəsində qanunsuz rabitə vasitələri aşkar edilərək götürülüb.
Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, sentyabrın 22-də həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında təqsirləndirilən şəxs qismində saxlanılan Minarə Məhəmməd qızı Allahverdiyevanın kamerasına baxış keçirilib.

Baxış zamanı onun yastığının altında gizlədilmiş daxilində "Cin" danışıq kartı olan 1(bir) ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar olunaraq götürülüb.

Qeyd edək ki, 1960-cı il təvəllüdlü Minarə Allahverdiyeva Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 (Dələduzluq; təkrar törədildikdə); 178.2.4 (Dələduzluq; xeyli miqdarda ziyan vurmaqla törədildikdə); 320.1 (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə ittiham olunur.

Elə həmin gün həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Asif Tapdıq oğlu Əmikişilinin üzərinə baxış keçirilib.

Baxış zamanı onun şalvarının sağ cibindən 1(bir) ədəd "Nokia" markalı mobil telefon aparatı və yararsız vəziyyətdə olan 1(bir) ədəd danışıq kartı aşkar olunaraq götürülüb.

Qeyd edək ki, 1981-ci il təvəllüdlü Asif Əmikişili Cinayət Məcəlləsinin bir sıra maddələri ilə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum edilib.

Hər iki fakt üzrə araşdırmalar aparılır.


Teqlər:  





Xəbər lenti