"Ermənistan ticarət yollarından kənarda qalıb" - Ərdoğan

  03 Dekabr 2017    Oxunub : 604
"Ermənistan ticarət yollarından kənarda qalıb" - Ərdoğan

"Ermənistan ticarət yollarından kənarda qalıb və qalmağa davam edəcək".

NTV telekanalının verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ağrıda sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının yerli təşkilatının konfransında çıxışı zamanı bildirib.

Ərdoğan deyib ki, Ermənistan xüsusən də erməni diasporunun təsiri ilə israrla Türkiyə ilə dostluq kanallarını qapalı saxlamaqdadır: "Buna görə Ermənistan ticarət yollarından kənarda qalıb və qalmağa da davam edəcək. Ancaq Ermənistandan fərqli olaraq Gürcüstan bir körpü vəzifəsini yerinə yetirərək özünə aydın bir gələcək inşa edib. Bizimlə dost olanlar qazanar, düşmən olanlar itirər". (APA)

AzVision.az

Teqlər: Türkiyə   Ərdoğan   Ermənistan