“Roma” - “Qarabağ” oyunu almanlara tapşırıldı

“Roma” - “Qarabağ” oyunu almanlara tapşırıldı
  03 Dekabr 2017    Oxunub:1756
Çempionlar Liqasının qrup mərhələsinin son turunda keçiriləcək “Roma” – “Qarabağ” oyununun hakimləri bəlli olub.
UEFA-nın məlumatına görə, ouyunu almaniyalı hakimlər briqadası idarə edəcəklər.

Görüşün baş hakimi Tobias Stilier olacaq. Ona Mayk Pikel və Yan Seydel kömək edəcəklər. Əlavə köməkçi hakimlər isə Bastian Dankert və Harm Osmers olacaq.

Qeyd edək ki, dekabrın 5-də keçiriləcək “Roma” – “Qarabağ” oyunu saat 23:45-də start götürəcək.

AzVision.az


Teqlər: UEFA   QarabağFK   Roma  





Xəbər lenti