Yəməndə toqquşmalarda 200-dən çox insan ölüb

Yəməndə toqquşmalarda 200-dən çox insan ölüb
  04 Dekabr 2017    Oxunub:1223
Yəmənin paytaxtı Sənada qiyamçılarla və Prezident Əli Abdulla Salehin tərəfdarları arasında toqquşmalar zamanı ölənlərin sayı 200-ü ötüb.
Qiyamçıların nəzarətinə keçmiş Səna şəhəri uğrunda döyüşlər noyabrın 29-da başlayıb. Yəmən prezidentinin tərəfdarları şəhərin əksər hissəsinə nəzarəti ələ keçiriblər.

Qeyd edək ki, Yəməndə legitim hakimiyyətə sadiq qüvvələrlə qiyamçılar arasında toqquşmalar 2014-cü ilin avqustundan başlayıb. Münaqişə 2015-ci ilin martından
daha aktiv mərhələyə keçib.

AzVision.az


Teqlər: Yemen  





Xəbər lenti