Xəzərin statusu Moskvada müzakirəyə çıxarılır

Xəzərin statusu Moskvada müzakirəyə çıxarılır
  04 Dekabr 2017    Oxunub:1549
Bu gün Rusiya Federasiyasının paytaxtı Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin 7-ci iclası keçiriləcək.
AzVision.az xəbər verir ki, iclasda Xəzər dənizinin hüquqi statusunu müəyyənləşdirəcək Konvensiyanın maddələri müzakirə ediləcək.

Bundan əlavə, nazirlər, həmçinin gəmiçilik, qanunsuz balıq ovunun qarşısının alınması, dənizdə təhlükəsizliyin təmin edilməsi məsələlərinə də toxunacaqlar.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Xəzər   Moskva  





Xəbər lenti