Gənc ananın öldüyü xəstəxanadan - Açıqlama
Baş həkimin sözlərinə görə, Səhiyyə Nazirliyində bu haqda dünəndən məlumat var.
`Hazırda məsələ ilə bağlı Prokurorluq əməkdaşlarını çağırmışıq ki, faktı təsdiqləsinlər. Bizdə ümumiyyətlə ana ölümü olmayıb. Bu birinci hadisədir. Ölümün səbələri haqqında məlumatı yalnız Səhiyyə Nazirliyi açıqlaya bilər`.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirib ki, ana ölümü ilə bağlı xəstəxanın baş həkimi məlumat verməlidir. Səhiyyə Nazirliyi isə yalnız doğuşa yardım komissiyasının rəyindən sonra hər hansısa açıqlama verə bilər`.
Qeyd edək ki, apa-nın məlumatına görə, ötən gecə Gəncə şəhər Regional Perinatal Mərkəzdə şəhər sakini, 1981-ci il təvəllüdlü Ricai Fərqanə İsmət qızı doğuş üçün xəstəxanaya gətirilib və bir müddətdən sonra dünyasını dəyişib.
Şəhanə RƏHİMLİ