ABŞ qlobal razılaşmadan imtina etdi

  04 Dekabr 2017    Oxunub : 805
ABŞ qlobal razılaşmadan imtina etdi

ABŞ-ın Dövlət katibi Reks Tillerson Vaşinqtonun bundan sonra Qlobal Miqrasiya razılaşmasında iştirak etməyəcəyinə dair BMT-yə bəyanat göndərib.

AzVision.az xəbər verir ki, bu barədə “Amerikanın Səsi” məlumat yayıb.

Sənəddə vurğulanıb ki, bu proqram ABŞ-ın immiqrasiya siyasətinə uyğun gəlmir.

Tillersonun sözlərinə görə, ABŞ miqrasiya məsələlərində beynəlxalq əməkdaşlığı dəstəkləyir, lakin suveren ölkələr bunun təhlükəsiz və leqal olması üçün daha çox məsuliyyət daşıyırlar.

Bəyanata əsasən Vaşinqton özü sərhədlərini necə qorumaq və kimə ölkəyə gəlmək barədə qərar verəcək.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: ABŞ   Tillerson