Moskvada 300-dən çox aviareys təxirə salınıb

  04 Dekabr 2017    Oxunub : 445
Moskvada 300-dən çox aviareys təxirə salınıb
Moskvada güclü qar yağması və çovğunlu hava şəraiti ilə bağlı təxirə salınan aviareyslərin sayı 300-ü keçib.
AzVision.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, "Domodedovo" aeroportunda 152 aviareys gecikir.

"Şeremetyevo" hava limanında isə 107 aviareys təxirə salınıb, 120 aviareys isə hələ də ləngiyir.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: Moskva   Qar   Aeroport