İranın Yəməndəki səfirliyi raket atəşinə tutulub

İranın Yəməndəki səfirliyi raket atəşinə tutulub
  04 Dekabr 2017    Oxunub:1365
Yəmənin paytaxt Səna şəhərində hüsilərlə prezident Abdullah Salehin tərəfdarları arasında baş verən silahlı toqquşmada atılan raketlərdən biri İran səfirliyinin binasına düşüb.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, raket zərbəsi nəticəsində səfirliyin binasında yanğın baş verib. Ölən və yaralananlar haqqında məlumat verilmir.

Qeyd edək ki, Sənada husilər və eks prezident Əli Abdulla Salehin tərəfdarları arasında davam edən toqquşmalarda ölənlərin sayı 245 nəfərə çatıb.

AzVision.az


Teqlər: Yəmən   İraq  





Xəbər lenti