Ümumilikdə təlimlər Natiqlik, Psixologiya, Biznes mühitində idarəetmə, İnnovasiya, Maliyyə kimi 5 proqram modulundan ibarətdir. Hər proqram modulunda 3 təlimçi olmaqla iştirakçılara 30-dan çox fərqli təlimlər tədris olunub. Əlavə olaraq iştirakçılar proqramlara uyğun 10-dək ekskursiyada iştirak ediblər. Tədbirin sonunda Akademiyanı uğurla bitirən iştirakçılar diplomla təltif edilmişlər.
Qeyd edək ki, “ASAN Akademiya” layihəsi “ASAN Könüllüləri” Təşkilatı tərəfindən 2014-cü ildən etibarən artıq 4-cü dəfədir ki, həyata keçirilir. Bu günə qədər həyata keçirilmiş 3 “ASAN Akademiya” layihəsinə ümumilikdə 1500-dən çox gənc müraciət edib və onlardan yalnız 150 nəfəri bu layihənin iştirakçısına çevrilib.
Statistikaya nəzər salsaq görərik ki, “ASAN Akademiya” məzunlarının təxminən 90%-i bir çox yerli və beynəlxalq şirkətlərdə, dövlət və özəl müəssisələrdə əməkdaş qismində fəaliyyət göstərir və yaxud təhsillərini daha yüksək pillələrdə davam etdirirlər.
AzVision.az