Brüsseldə “Brexit” danışıqları nəticəsiz başa çatdı

Brüsseldə “Brexit” danışıqları nəticəsiz başa çatdı
  05 Dekabr 2017    Oxunub:1669
Böyük Britaniya və Avropa İttifaqı arasında Brüsseldə keçirilən danışıqlarda “Brexit”in şərtləri barədə razılığa gəlmək mümkün olmayıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Tereza Mey və Avropa Komissiyasının sədri Jan-Klod Yunker birgə keçirdikləri mətbuat konfransında bəyan ediblər. Onlar təsdiqləyiblər ki, müzakirələrin dostluq atmosferində keçməsinə baxmayaraq, yekun razılaşma əldə olunmayıb.

Tereza Meyin sözlərinə görə, danışıqlarda irəliləyiş var, lakin bir neçə məsələdə fikir ayrılıqları qalmaqdadır.

Problemlər həllini tapmayana qədər Avropa İttifaqı Britaniya ilə ticarət münasibətlərinin necə qurulacağını müzakirə etmək istəmir. Söhbət ilk növbədə Aİ vətəndaşlarının hüquqlarından, Böyük Britaniyanın ayrılmadan sonra maliyyə ödəmələrindən, habelə İrlandiya sərhədi məsələsindən gedir.

AzVision.az


Teqlər:   Brexit  





Xəbər lenti