Taekvondoçularımız ilk gündə 4 medal qazandı

Taekvondoçularımız ilk gündə 4 medal qazandı
  05 Dekabr 2017    Oxunub:1951
Portuqaliyanın Vila Real De San Antonio şəhərində keçirilən IWAS versiyası üzrə fiziki qüsurluların Dünya Oyunlarında taekvondo idman növünün ilk yarış günü başa çatıb.
Millimiz yarışın birinci günü uğurlu çıxış ediblər. Kişi taekvondoçularımız bu yarışda bir qızıl, bir gümüş və iki bürünc medal qazanıblar. Belə ki, yığmanın kapitanı Nicat Mülsümov iki kateqoriya üzrə döyüşlərə qatılıb.

O, 75 kq çəki dərəcəsində K42 kateqoriyalı idmançıların mübarizəsində qızıl, K43-də isə gümüş medal, eyni kateqoriyada digər idmançımız Xəzər Mirzəyev (75 kq) və +75 çəki dərəcəsində Vüqar Adışirinov (K44) bürünc mükafata layiq görülüb.

Yarışın ikinci günündə Aynur Məmmədova (+58 kq, K44) və Röyalə Fətəliyeva (59 kq, K44) mübarizəyə qatılacaq.

AzVision.az


Teqlər: Azərbaycan   Milli   Taekvondo  





Xəbər lenti