"Qarabağ" bu gün "Roma"nı fəth etməyə çalışacaq

"Qarabağ" bu gün "Roma"nı fəth etməyə çalışacaq
  05 Dekabr 2017    Oxunub:1478
Bu gün Çempionlar Liqasında qrup mərhələsinin sonuncu turu keçiriləcək.
AzVision.az xəbər verir ki, ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” klubu sonuncu oyununa çıxacaq.

Təmsilçimiz İtaliyada “Roma”nın qonağı olacaq. Qrupdan çıxmaq şansı olmayan komandamız üçün bu oyun formal xarakter daşıyır. Amma "Roma" klubu üçün bu qarşılaşma əhəmiyyətlidir. Belə ki, İtaliya təmsilçisi 1/8 finala çıxmaq üçün qələbə qazanmalıdır. Çünki meydan sahibləri xal itirsə, digər oyunda “Atletiko” “Çelsi”ni məğlub etsə, belədə növbəti mərhələyə İspaniya təmsilçisi keçəcək.

“Roma”-“Qarabağ” görüşü Bakı vaxtilə saat 23:45-də başlayacaq. Oyunu Almaniyadan olan hakimlər briqadası idarə edəcək.

AzVision.az


Teqlər: QarabağFK   Roma   ÇL  





Xəbər lenti