Xəzərdə xarici dövlətlərin hərbi bazalarına icazə verilməyəcək

Xəzərdə xarici dövlətlərin hərbi bazalarına icazə verilməyəcək
  05 Dekabr 2017    Oxunub:1965
Xəzəryanı ölkələr Xəzər dənizində xarici dövlətlərin silahlı qüvvələrinin yerləşdirilməməsinə dair razılıq əldə edib.

AzVision.az “İRNA”-ya istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Moskvada jurnalistlərin suallarını cavablandırarkən bildirib.
XİN rəhbəri qeyd edib ki, xarici işlər nazirlərinin Moskva görüşündə iştirakçılar Astanada Xəzər sammitinin keçirilməsi məsələsini müzakirə edəcəklər.

Zərif vurğulayıb ki, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya üzrə müzakirələrdə irəliləyiş əldə olunub. Tərəflər 12 sənəd üzrə razılaşıblar: “Müxtəlif sahələrdə razılıq əldə olunub, lakin qeyd etdiyimiz kimi biz konvensiyanın məzmunu üzrə razılığa gəlməliyik”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: XİN   Xəzər   İran   Zərif  





Xəbər lenti