Saakaşvili intihar edəcəyini dedi: Polis onu damda saxladı (Yenilənib)

Saakaşvili intihar edəcəyini dedi: Polis onu damda saxladı (Yenilənib)
  05 Dekabr 2017    Oxunub:10487
Ukrayna Baş prokurorunun sabiq müavini David Sakvarelidze “Facebook” səhifəsində yazıb ki, naməlum şəxslər Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin evinə basqın edib.
AzVision.az xəbər verir ki, Sakvarelidze “Mixail Saakaşvilinin evinin qapılarının sındırırlar”, - deyə səhifəsində yazıb.

O, “UkrayinskayaPrvada”ya bildirib ki, Saakaşvili binanın damına çıxıb. Onun evində axtarış işləri aparılıb.

Saakaşvilinin mətbuat katibi Maryana Poçtar isə bəyan edib ki, sabiq prezident telefon zənglərinə cavab vermir.



Son məlumatlara görə, Saakaşvilinin Kiyevdəki evinə Ukrayna xüsusi xidmət orqanlarının əməkdaşları daxil olub. Eks-prezident binanın damına çıxaraq intihar edəcəyini bəyan edib.

Xüsusi xidmət orqanlarının əməkdaşları dama çıxaraq Saakaşvilini saxlayıblar.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Ukrayna   Saakaşvili  





Xəbər lenti