“Ay başçı, axı bu cinayətdir...”

“Ay başçı, axı bu cinayətdir...”
  03 Mart 2013    Oxunub:1334
Xətainin sabiq icra başçısı rayonda baş verənlərə etirazını bildirib.
Xətai rayon İcra Hakimiyyətinin sabiq başçısı Zəlimxan Məmmədli rayonun indiki başçının fəaliyyəti haqda bəyanatla çıxış edib. Bəyanatda deyilir:

”Milli azadlıq hərəkatının nəticəsi olaraq əldə etdiyimiz müstəqilliyimiz qürur yerimizdir. Anayasamızda hakimiyyətin xalqa məxsus olduğu ehtiva olunub. Hakimiyyət xalqın iradəsinin ifadəçisi olaraq onun qurduğu dövlətin təhlükəsizliyini qoruma, onu quran hər bir vətəndaşın rifah halının daha da yaxşılaşdırılma vasitəsidir.

Xətai rayonunda orta hesabla 400000 sakin yaşayır.
Onların da dövlətin imkanlarından bəhrələnmə, sosial rifahını yaxşılaşdırma, istirahət hüququ və haqqı vardır.
Hamı istirahət üçün bulvara, bahalı istirahət yerlərinə gedə bilmir. Xətai sakinlərinin böyük əksəriyyəti bu kateqoriyaya aid insanlardır. Çox ləyaqətlidirlər. Onlar evlərinin yaxınlığında vaxtı ilə salınməş xiyabanlarda, parklarda əylənmək, istirahət etmək, boş vaxtlarını səmərəli keçirmək istəyirlər.
Xətainin indiki başçısı Razim müəllim görəsən bunları bilirmi?
Ya bilir, ya da bilməməzliyə vurur.
Belə omasaydı Xətai rayonunda istirahət məkanlarını dağıdıb, yerində butkalar, yöndəmsiz “obyektlər” tikdirməzdi, hər biri xalqın minlərlə manatı hesabına böyümüş, on illərlə yaşı olan, onlardan fərqli olaraq oksigen mənbəyi olan ağacları qəddarcasına kəsməzdi.

İndi də keçiblər Xətaidə mərkəzi magistral olan Məhəmməd Hadi küçəsini vəhşicəsinə talamağa, qırıb dağıtmağa, soyqırıma məruz qoymağa...Ay başçı, axı bu cinayətdir, obyekt satdığınız yerlər “qırmızı” xəttə düşür. Xətainin 3500 hektara yaxın ərazisi var.
Sual olunur: “Ayə, başınıza yer qəhətmi oldu “obyekt” verməyə???”
Məhəmməd Hadidən 6 saylı poliklinikaya dönən döngədə ağaclar bizdən, həm də məndən imdad diləyir: “Haqsızlığa niyə susursan ay keçmiş, cəbhəçi icra başçısı Zəlimxan?” deyə mənə müraciət edirlər. Yadıma həzrəti Əlidən sitat salırlar ki, haqsızlığı görüb ona susmaq həmin zalımlara şərik olmaqdır. “Sən Zəlimxan da onlarla şəriksənmi?” deyə soruşurlar. Nə deyim onlara yoldaş Razim müəllim? Deyim ki, onlar (yəni siz) ümummilli məsələlərlə məşğuldurlar? Deyə bilmərəm. Çünki yalançılar Allahın düşmənləridir. Mən isə böyük yaradana hər zaman səcdədə olanlardanam. Sadəcə AYIBDIR!!!! Təbiətə təcavüzü dayandırın. Allahdan qorxun. Bu məmləkəti sizlərin dağıtması üçün qurmamışıq!!!”




Teqlər:  





Xəbər lenti