Kommunistlər kimi dəstəkləyəcəklərini bilmir

Kommunistlər kimi dəstəkləyəcəklərini bilmir
  23 Sentyabr 2013    Oxunub:1256
“Hər bir namizəd öz tərbiyəsini, əxlaqını nümayiş etdirir”.
Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov AzVision.az-a açıqlamasında partiyanın president seçkilərində hansı namizədi dəstəkləyəcəyindən danışıb.Onun sözlərinə görə, sentyabrın 29-da partiyanın səs verəcəyi namizəd bəlli olacaq : `Sentyabrın 29-da Mərkəzi Komitənin növbədənkənar pleniumunda bu məsələyə aydınlıq gətiriləcək. Rauf Qurbanov bir fərd olaraq öz sözünü deyə bilər, amma Azərbaycan Kommunist Partiyası kolleqal bir orqandır. Partiyadakı yoldaşların hər birinin fikirlərini bilmək və sonda qərar vermək lazımdır. Biz iqtisadi və siyasi platorması Azərbaycan kommunistlərinin təməl prinsiplərinə uyğun olan namizədə dəstək verəcəyik. Təəssüflər olsun ki, qeydiyyatdan keçmiş namizədlərin hamısı platformaları, iqtisadi, siyasi proqramları ilə cəmiyyəti tanış etməyiblər. Buna baxmayaraq, namizədlər arasında seçim etmək imkanımız var. Qəbul edəcəyimiz rəsmi qərar kütləvi informasiya vasitələrində yayımlanacaq`.

Partiya sədri seçki debatında namizədlər arasında baş verən qalmaqallara da münasibət bildirib :`İctimai rəyə əsaslanıb deyə bilərəm ki, hər bir namizəd ilk olaraq öz tərbiyəsini, əxlaqını nümayiş etdirir. Televiziyada ictimaiyyətin qarşısında çıxış edən yoldaşlar siyasi davranış qaydalarına düzgün riayət etməlidirlər. İnsanların şəxsiyyətinə toxunan sözlərin deyilməsi təqdirəlayiq deyil. Bunu qətiyyətlə pisləyirəm. Debatların daha sivil qaydada aparılmasının tərəfdarıyam.

R. Qurbanov namizədlərə verilən 6 dəqiqənin azlığından da şikayətlənib :`Namizədlər üçün qanunda nəzərdə tutulmuş ödənişsiz efir vaxtının verilməsi təqdirəlayiq haldır ancaq 6 dəqiqə çox azdır. Bu müddətdə hər hansı prezidentliyə namizəd seçicilərə öz proqramını və platformasını tam təqdim edə bilmir. Yaxşı olardı ki, bu debatlar başqa formada qurulsun və onlar üçün daha geniş imkanlar yaradılsın`.

Nihadə



Teqlər:  





Xəbər lenti