Lavrov Xəzərin taleyinə aydınlıq gətirdi

Lavrov Xəzərin taleyinə aydınlıq gətirdi
  05 Dekabr 2017    Oxunub:1415
"Moskvanın qənatincə Xəzər dənizinin hüquqi statusuna dair danışıqlar region ölkələrinin başçılarının sammitinə qədər yekunlaşacaq"
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“Biz Xəzərin hüquqi statusuna dair konvensiyanın hazırlanması üzrə ekspertlər səviyyəsində işin neçə inkişaf etdiyini nəzərdən keçirmək istəyirik. Düşünürük ki, Qazaxıstanda keçiriləcək sammit çərçivəsində danışıqlar yekunlaşacaq”, - deyə Lavrov vurğulayıb.

O, qeyd edib ki, tərəflər regionda təhlükəsizliyin təmin olunmasına xüsusi diqqət ayırır.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Rusiya   Lavrov   Xəzər  





Xəbər lenti