Nalbandyan Ermənistan prezidenti ola bilər

Nalbandyan Ermənistan prezidenti ola bilər
  05 Dekabr 2017    Oxunub:2191
Gələn ilin mart ayında Ermənistanda keçiriləcək prezident seçkilərinə ölkə başçısı postuna ən real namizəd xarici işlər naziri Edvard Nalbandyandır.

AzVision.az xəbər verir ki, bu barədə “Jamanak” qəzeti məlumat yayıb.
“Gələn ilin payızında Nalbandyan xarici işlər naziri vəzifəsində Frankofoniya sammitini təşkil etməlidir. Buna baxmayaraq, Nalbandyanın özü üçün sammit qonaqlarını prezident postuna qəbul etmək böyük şərəf olardı”, - deyə nəşr yazıb.

Eldar Tanrıverdiyev
AzVision.az




Teqlər: Ermənistan   Nalbandyan  





Xəbər lenti