Saakaşvilini 5 ilədək həbs gözləyir – Dövlət çevrilişinə cəhd

Saakaşvilini 5 ilədək həbs gözləyir – Dövlət çevrilişinə cəhd
  05 Dekabr 2017    Oxunub:8541
Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili dövlət çevrilişinə cəhddə ittiham olunur.

AzVision.az “TASS”-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.
Ukraynada bu maddə ilə həbs olunan şəxslər 3-ildən 5 ilə qədər həbs olunur.

Ukrayna Baş prokurorunun sabiq müavini David Sakvarelidze “Facebook” səhifəsində yazıb ki, naməlum şəxslər Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin evinə basqın edib. Sabiq prezident yaşadığı binanın damına çıxaraq, intihar edəcəyin deyib. Daha sonra xüsusi xidmət orqanlarının əməkdaşları Saakaşvilini saxlayıblar.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Saakaşvili   Gürcüstan   Ukrayna  





Xəbər lenti