Ermənistanda kəndlilər etiraz edir - Fotolar

Ermənistanda kəndlilər etiraz edir - Fotolar
  05 Dekabr 2017    Oxunub:1968
Ermənistanın ərazi idaretmə və inkişaf nazirliyinin binası qarşısında etiraz aksiyası keçirilib.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, etiraz edənlər Artsvaşen kənd sakinləridir. Onlar evlərinin təmiri üçün kompensasiya tələb ediblər. Kəndlilərin böyük bir qismi isə prezident iqamətgahı qarşısında etiraz aksiyası keçirib.

Erməni KİV-lərinin yaydığı məlumata görə, hazırda prezident iqamətgahı qarşısında çoxlu sayda etirazçı toplaşıb. Onlardan bir neçəsi prezident aparatına daxil olub, sakinlər onların cavabını gözləyir.

Hazırda ərazi idaretmə və inkişaf naziri Davit Lokyanla Artsvaşen kənd icra nümayəndəsi Mamikon Xeçoyan, vilayət rəhbəri və bir neçə kəndlinin iştirakı ilə görüş keçirilir.






Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan   İrəvan   Etiraz   Aksiya  





Xəbər lenti