Zaxarova Saakaşviliyə söz atdı: “Malış və Karlson...” – FOTO

Zaxarova Saakaşviliyə söz atdı: “Malış və Karlson...” – FOTO
  05 Dekabr 2017    Oxunub:5448
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Ukraynada həbs olunması, daha sonra azad olunmasına sosial şəbəkə vasitəsilə münasibət bildirib.
AzVision.az xəbər verir ki, Zaxarova Ukraynadakı durumu qeyri-adi formada izah edib:



- Malış, bu kimdir? – deyə Karlson qonşu damda kisəyəoxşar siluetə baxaraq öz dostundan soruşdu.

- Demək çətindir: ya Gürcüstan prezidentidir, ya da Odessa meri, - əsnəyərək Malış cavab verdi.

Bəs o damda nə edir? Onun propelleri yoxdur axı?... Karlson daha da çaşqın halda soruşdu.

- Propelleri yoxdur, amma əla yanacağı var! – deyə Malış dedi.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Zaxarova   Saakaşvili  





Xəbər lenti