Prokurorluğun əməkdaşı beynəlxalq tədbirdə
Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Meksika Birləşmiş Ştatları, Serbiya, Gürcüstan, Moldova, Mərakeş Krallığı və digər ölkələrin nümayəndələrinin qatıldığı tədbirdə Azərbaycan Respublikasını Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin şöbə rəisi Rövşən Əliyev təmsil edib.
Tədbirdə Sinqapurun bir çox sahələrini əhatən edən korrupsiyaya qarşı mübarizə təcrübəsi öyrənilib, dövlət və özəl sektorlarda korrupsiyanın qarşısının alınması, həmçinin dövlət vəsaitlərinin idarə olunması və ayrılması zamanı şəffaflığın təmini və digər məsələlər müzakirə edilərək səmərəli fikir mübadiləsi aparılıb.
Sonda Sinqapur Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən iştirakçılara müvafiq sertifikatlar təqdim edilib.