Baş həkim ana ölümünün səbəbini açıqladı

Baş həkim ana ölümünün səbəbini açıqladı
  23 Sentyabr 2013    Oxunub:1216
`Hadisə ilə bağlı iş tibbi ekspertizaya verilib. Ekspertiziyanın və Səhiyyə Nazirliyinin Doğuşa Yardım Komissiyasının araşdırmasından sonra dəqiq məlumat veriləcək`.

Bunu AzVision.az -a Gəncə şəhər Regional Perinatal Mərkəzin baş həkimi Təranə Həsənova xəstəxanada doğuş zamanı həyatını itirən 1981-ci il təvəllüdlü Ricai Fərqanə İsmət qızının ölüm səbəbindən danışarkən deyib.

Həkim bildirib ki, doğuşa başlamazdan öncə qadın həyatını itirib :

-10 dəqiqə içərisində qadın vəfat etdi. Bu zaman doğuş baş verməyib. Ölüm səbəbini biz də bilmirik. İldə 4 mindən artıq doğuş qəbul etmişik, ölüm halının baş verməsi ilk dəfədir.

Şahanə Rəhimli


Teqlər:  





Xəbər lenti