Millət vəkili Milli Şuranın mitinqini pislədi

Millət vəkili  Milli Şuranın mitinqini pislədi
  23 Sentyabr 2013    Oxunub:1095
Milli Məclisin deputatı Aydın Mirzəzadə facebook profilində dünənki mitinqlə bağlı fikirlərini paylaşıb.

-22 sentyabrda "Demokratik Qüvvələrin Milli Şurası" təşəbbüs qrupunun prezidentliyə namizədi Cəmil Həsənlinin seçkiqabağı mitinqi keçirildi. Mitinqdə edilən çıxışlar opponentlərinə təhqir və hədyanaqlıqlarla zəngin idi. Bu cür çıxışlar isə həmin namizədin irəli sürən siyasi elitanın hazırlıq keyfiyyətinin göstəricisi oldu. Elə Milli Şuranın təşəbbüs qrupunun irəli sürdüyü prezidentliyə namizədi Cəmil Həsənlinin əvvəldən də seçicilərlə görüşündə çıxışların bir çoxunda nə seçki qanunvericiliyinə, nə də adət-ənənələrə uyğun olmayan fikirlər var idi.

Hesab etmirəm ki, bu cür siyasətlə onlar nə tərəfdarlarının sayını artıracaq, nə də ki cəmiyyətdə demokratiya istəyən qüvvə kimi görünəcəklər. Azərbaycan cəmiyyəti min illərdən bəri toplanmış bir mədəniyyəti vardır. Həmçinin Azərbaycan xalqının artıq 20 ildən çox topladığı və seçkidən seçkiyə zənginləşdirdiyi seçki təcrübəsi vardır. Bu baxımdan, belə mitinqlər və heç bir ölçüyə gəlməyən çıxışlar opponentlərimizə onlara uğur qazandıra bilməz. Digər tərəfdən, belə siyasətin və heç bir ölçüyə gəlməyən çıxışların olması , hakimiyyətin opponentlərinin əsl simasını cəmiyyətə göstərməyə kifayət qədər imkan verir.

Azərbaycan iqtidarının gücü onun yüksək mədəniyyətindədir. Cəmiyyətin hər bir üzvünün mənafeyini qoruması, vətəndaş həmrəyliyinin nümayiş etdirilməsi indiki iqtidarın simasıdır. Opponentlərimiz ortaya mədəniyyətsizlik, təhqir, populizm və kiçik bir qrupun marağını ifadə edən platforma qoyurlarsa, Azərbaycan iqtidarı ortaya yüksək mədəniyyət, sivillik, sözlə fikrin vəhdəti, ən əsası ilə Azərbaycanı yüksək səviyyədə təmsil etmə təcrübəsi qoyur. Hesab edirəm ki, Azərbaycan vətəndaşı və seçicisi kifayət qədər ciddi və yetkin bir insandır ki, bunu görə bilsin.

Bundan sonra da opponentləri iqtidarı provokasiyaya çəkmək, onu öz səviyyəsinə endirmək cəhdləri olsa belə, yenə də Azərbaycan iqtidarı ən yüksək dəyərləri və mədəni prinsipləri, ən əsası isə Azərbaycan xalqının mənafeyini təmin edən siyasətini ortaya qoyacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti