Saakaşvili axtarışa verildi

Saakaşvili axtarışa verildi
  06 Dekabr 2017    Oxunub:1645
Ukrayna Baş Prokurorluğu Odessa və Gürcüstanın sabiq rəhbəri Mixail Saakaşvilini axtarışa verib.
AzVision.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat katibi Larisa Sarqan “Twitter” səhifəsində yazıb.

“Saakaşvili axtarışa verilib. Axtarış işləri Ukrayna polisinin və Ukrayna təhlükəsizlik xidmətinin operativ bölmələrinə tapşırılıb”, - deyə Sarqan bildirib.

Qeyd edək ki, ötən gün Saakaşvilinin Kiyevdə yaşadığı evə basqın edilib. Buna görə sabiq prezident yaşadığı binanın damına çıxaraq intihar edəcəyini deyib. Əraziyə cəlb olunan xüsusi xidmət orqanlarının əməkdaşları Saakaşvilini saxlasalar da, onun tərəfdarları eks-prezidenti azad ediblər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Saakaşvili   Ukrayna  





Xəbər lenti