Maşından 18 qutu pirotexniki vasitə çıxdı

Maşından 18 qutu pirotexniki vasitə çıxdı
  06 Dekabr 2017    Oxunub:1210
Dövlət Gömrük Komitəsi(DGK) Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana "VAZ 2101" markalı avtomobillə gələn ölkə vətəndaşı ilə idarə etdiyi avtomobildə gömrük nəzarətinə mütləq bəyan edilməli olan və ya gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmasına dair şifahi sorğu-sual aparılıb.
AzVision.az DGK-ya istinadən xəbər verir ki, həmin şəxs idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmadığını bildirsə də, hal şahidlərinin iştirakı ilə keçirilən gömrük baxışı zamanı avtomobilin alt hissəsindən gömrük nəzarətindən gizlədilən üzərində "BIG SILVER CRACKER" sözləri yazılan 18 qutu pirotexniki vasitə aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti