Axtarışda olan 38 nəfər tutulub

Axtarışda olan 38 nəfər tutulub
  06 Dekabr 2017    Oxunub:1152
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 121 cinayət faktından 22-nin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a daxil olan məlumata görə, axtarışda olan 38 nəfər tutularaq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş dörd yol-nəqliyyat hadisəsi nəticəsində doqquz nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli doqquz, qanunsuz saxlanılan silah-sursatla bağlı dörd fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb.

AzVision.az


Teqlər: DİN   Həbs   Cinayət  





Xəbər lenti