Saakaşvilinin tərəfdarları Baş prokuroru hədələdi

Saakaşvilinin tərəfdarları Baş prokuroru hədələdi
  06 Dekabr 2017    Oxunub:1769
Gürcüstanın və Odessanın sabiq rəhbəri Mixail Saakaşvilinin tərəfdarları Ali Radanın qarşısında çadrlar qurublar. Onlar bəyan ediblər ki, hüquq-mühafizə orqanlarının əməkdaşları çadrlara yaxınlaşacağı təqdirdə Baş prokuror Yuri Luçenkonun evinə gedəcəklər.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu “Yeni güclər hərəkatı” partiyasının liderlərindən biri, Ali Radanın deputatı Yuri Derevyanko bildirib. Deputat güc strukturlarını onları buna təhrik etməməyə çağırıb.

Qeyd edək ki, bu gün səhər saatlarında polislər Saakaşvilini axtarmaq üçün Ali Rada qarşısında qurulan çadıra yaxınlaşıblar. Lakin sabiq prezidentin tərəfdarları onu təhvil verməyiblər.

Xatırladaq ki, ötən gün Saakaşvilinin Kiyevdə yaşadığı evə basqın edilib. Sabiq prezident yaşadığı binanın damına çıxaraq intihar edəcəyini deyib. Əraziyə cəlb olunan xüsusi xidmət orqanlarının əməkdaşları Saakaşvilini saxlasalar da, onun tərəfdarları eks-prezidenti azad ediblər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti