Ərdoğan Qüdsə görə müsəlmanları İstanbula toplayır

Ərdoğan Qüdsə görə müsəlmanları İstanbula toplayır
  06 Dekabr 2017    Oxunub:2206
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Qüdsi İsrailin paytaxtı kimi tanıyacağına görə ciddi narahatdır. Ərdoğan Trampın qərarını dəyişməsi üçün hərəkətə keçib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki,Ərdoğan bu məsələ ilə əlaqədar islam ölkələrinin rəhbərləri ilə telefon əlaqələri saxlayıb. Bildirilib ki, gələn həftə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) İstanbulda toplanacaq.

“Prezident bu gün Malayziya, İran, Qətər, İndoneziyanın dövlət rəhbərləri ilə telefonla danışıb və danışıqlar davam edir. Qüds tarixi, dini və hüquqi baxımdan İsrailin paytaxtı elan edilə bilməz. Bu beynəlxalq qanunvericiliyə ziddir. Qüdsün İsrailin paytaxtı elan edilməsi BMT-nin qərarına zidd olacaq. BMT-nin hər hansı bir qərarında Qüdsün işğal edilməsi nə qəbul edilib, nə də tanınıb”, - deyə Ərdoğanın sözçüsü İbrahim Kalın vurğulayıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Qüdsün İsrailin paytaxtı kimi tanınmasına dair qərarını bu gün rəsmən açıqlayacaq. Ağ evdən bildirilib ki, Amerika Birləmiş Ştatları Qüdsü İsrailin paytaxtı kimi tanıyacaq.

Aytən Zəhra
AzVision.az


Teqlər: Türkiyə   Ərdoğan   Qüds  





Xəbər lenti