Sarkisyan Gürcüstana gedir

Sarkisyan Gürcüstana gedir
  06 Dekabr 2017    Oxunub:1234
Ermənistan prezidenti Serj Sarkisyan dekabrın 16-da Gürcüstana səfər edəcək.
AzVision.az-ın məlumatına görə, bu barədə "EADaily" saytı məlumat yayıb.

Xatırladaq ki, bu ilin dekabrın 1-də Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili İrəvana səfər edəcəkdi. Lakin səfər Gürcüstan tərəfinin xahişi ilə qeyri-müəyyən müddətə təxirə salınıb.

Ermənistan hökuməti tərəfindən verilən məlumata görə, səfər Gürcüstan parlamenti tərəfindən ölkə hökumətinin tərkibini təsdiqlədikdən sonra baş tutacaq.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan   Gürcüstan  





Xəbər lenti