Avropa Məhkəməsi “Çıraqovların işi” ilə bağlı yekun qərar verəcək

Avropa Məhkəməsi “Çıraqovların işi” ilə bağlı yekun qərar verəcək
  06 Dekabr 2017    Oxunub:2274
“Avropa İnsan Haqları Məhkəməsinin “Çıraqov və başqaları Ermənistana qarşı” işi ilə bağlı yekun qərarını gözləyirik”.

Bu barədə AzVision.az-a Laçın rayonundan məcburi köçkün düşmüş Fəxrəddin Paşayev bildirib.
O, qeyd edib ki, "Çıraqovların işi"nə Avropa Məhkəməsində dekabrın 12-də, saat 10-da baxılacaq.

“Artıq bu iş üzrə yekun qərar veriləcək. İnşallah, qərar bizim xeyrimizə olar. Vəkillərlə əlaqə saxlamışıq, onlar lazım olan işləri görəcəklər. Məhkəmə 3 maddə üzrə Ermənistan hökümətini günahkar hesab edib. Düşünürəm ki, kompensasiya üzrə yekun qərar olacaq. Qərarın olmaması mümkün deyil”.

Qeyd edək ki, Avropa İnsan haqları Məhkəməsinin saytında dekabrın 12-də Böyük Palatanın Çıraqov və başqaları Ermənistana qarşı” işi üzrə maddi təzminatla əlaqədar yeni yazılı qərar çıxacaq. Bildirilir ki, əslində məhkəmə iş üzrə 2015-i il iyunun 16-da qərar verib. Lakin maddi təzminatla əlaqədar qərar hazır olmadığından məhkəmə onu sonraya saxlayıb. Bu səbəbdən AİHM-in Böyük Palatasında məsələyə yenidən baxacaq. Məhkəmə tərəflərə bununla bağlı qeydlərini məhkəməyə təqdim etmələri ilə bağlı müraciət edib.

Aytən Zəhra
AzVision.az


Teqlər: Çıraqovlar    





Xəbər lenti