Roma Papası Trampa qarşı çıxdı - Qüds qalmaqalı böyüyür

Roma Papası Trampa qarşı çıxdı - Qüds qalmaqalı böyüyür
  06 Dekabr 2017    Oxunub:2097
Roma Papası I Fransisk ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarından narahatlıq keçirdiyini bildirib.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Vatikanda ümumi qəbul zamanı Roma Papası bölgədə status-kvonu pozmamağa çağırıb.

Roma Papası vurğulayıb ki, Qüdsün paytaxt kimi tanınması və ABŞ səfirliyinin bu şəhərə köçürülməsi regionda yeni gərginliyin yaranması ilə nəticələnə bilər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Papa   Qüds   Tramp  





Xəbər lenti