Ərdoğan Ruhanini Türkiyəyə çağırdı - Qüdslə bağlı təcili toplantı

Ərdoğan Ruhanini Türkiyəyə çağırdı - Qüdslə bağlı təcili toplantı
  06 Dekabr 2017    Oxunub:2263
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Qüdsi İsrailin paytaxtı kimi tanıması ilə əlaqədar iranlı həmkarı Həsən Ruhani ilə telefon əlaqəsi saxlayıb.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, prezidentlər telefon söhbəti zamanı ABŞ-ın İsraildəki səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsini sərt tənqid ediblər.

Bildirilib ki, Qüdsün İsrailin paytaxtı elan edilməsi Yaxın Şərqdəki vəziyyəti daha da gərginləşdirəcək.

Qeyd edək ki, Türkiyə prezidenti iranlı həmkarına dekabrın 13-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının fövqəladə toplantısını çağırdığını bildirib və Ruhanini toplantıya dəvət edib.

AzVision.az



Teqlər: Türkiyə   Ərdoğan   Ruhani   Qüds  





Xəbər lenti