Trampın Qüdslə bağlı qərarına Türkiyədən sərt təpki

Trampın Qüdslə bağlı qərarına Türkiyədən sərt təpki
  07 Dekabr 2017    Oxunub:2208
Rəsmi Ankara ABŞ prezidenti Donald Trampın Qüdslə bağlı qərarına münasibət bildirib.

AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Türkiyənin xarici işlər naziri (XİN) Mövlud Çavuşoğlu Trampın qərarını pisləyib.
"ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması və paytaxtın Təl-Əvivdən bu şəhərə köçürülməsi ilə bağlı qərardan narahatlığımızı bildirir və bunu pisləyirik" , - deyə Çavuşoğlu bildirib.

Nazir qeyd edib ki, bu, məsuliyyətsiz və beynəlxalq hüquqa zidd addımdır.

Qeyd edək ki, bir qədər əvvəl ABŞ prezidenti Donald Tramp ölkəsinin Qüdsü İsrailin paytaxtı kimi tanıdığını rəsmən elan edib.

AzVision.az


Teqlər: Tramp   Türkiyə   XİN   Çavuşoğlu  





Xəbər lenti