Facebook-dan gələn təhlükə

Facebook-dan gələn təhlükə
  24 Sentyabr 2013    Oxunub:1348
“Filnakəs adlı istifadəçi sizin lövhənizdə keçid paylaşdı” bildirişini açdıqdan sonra spamla rastlaşmaq son günlər Facebook-da adi hal alıb.
Üstəgəl Facebook dostumuzun özünün bu paylaşımdan xəbəri yoxdur. Bununla yanaşı Facebook dostlarımızın özündən xəbərsiz ismarıc qutusuna göndərilən naməlum linklər də sosial şəbəkədə yayılan viruslardan sadəcə biridir. Bəs bu link və spamların fəsadı nədir, istfiadəçilər bundan necə qoruna bilər ?

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyir ki, bu spam və virusların yayılmasının səbəbi Facebookun daxili sistemindəki boşluqlardır: “Facebook rəhbərliyi həmişə spamlara qarşı mübarizə apardığını bəyan edir. Ötən il Facebook administartorluğu belə bir açıqlama yaymışdı ki , spamların qarşısını almaq üçün sistemdə düzəlişlər edilir. Düşünürəm ki, qurumun müəyyən departamentləri bu işin həllini daha da sərtləşdirməlidir. Yeni anti-spam sistemlər yaradılmalıdır”.

İstifadəçinin necə qorunmasına gəlincə isə Osman Gündüz bildirdi ki, bunun üçün Facebookun daxili qaydalarına, hesab tənzimləmələrində göstərilən imkanlardan yararlanmaq lazımdır: “Bu yolla istifadəçi spamlardan qoruna bilər. Facebook-a elə mesaj, virus, yaxud spam ola bilər ki, nəticədə komputer ziyan görə bilər”.
Elnur Baimov isə bu fikirdədir ki, spamlardan qorunmaq mümkün deyil. “Heç kim bundan sığortalanmayıb. Mənim özümdə də dəfələrlə spamların qurbanı olmuşam. Facebook profilimdəki lövhəm bağlı olsa da vaxtaşırı lövhəmdə spam linklər peyda olur. Spamlar şəxsi məlumatların ələ keçirilməsinə səbəb olmur. Bu, ancaq onda baş verir ki, parol qırılır və hesab ələ keçirlir”.

E.Baimov deyir ki, Facebookda müxtəlif viruslar da var ki, linklər vasitəsilə yayılır: “Sizə mesaj vasitəsilə hansısa naməlum link gəlir sizsə onu açandan sonra komputerinizə giriş əldə edilir. Və həmin şəxs sizin komputeriniz sıradan çıxara yaxud oradan materialları silə bilir”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti