İran XİN: "ABŞ-ın qərarını qətiyyətlə pisləyirik"

İran XİN: "ABŞ-ın qərarını qətiyyətlə pisləyirik"
  07 Dekabr 2017    Oxunub:1585
İranın Xarici İşlər Nazirliyi Qüdsün ABŞ tərəfindən İsrailin paytaxtı kimi tanınması barədə qərarı qətiyyətlə pisləyib və bu addımı beynəlxalq qətnamələrin pozulması kimi dəyərləndirib.
AzVision.az “TASS”-a istinadən xəbər verir, bu barədə İran XİN bəyanat yayıb.

İran XİN-in yaydığı bəyanatda qeyd olunub ki, müsəlmanların ilk qibləsi Məscid-Əqsanın yerləşdiyi Qüds şəhəri Fələstinin ayrılmaz parçasıdır və müsəlmanlar üçün xüsusi əhəmiyyəti var:

"İran İslam Respublikası Fələstin xalqı ilə həmrəy olduğunu bildirir, bir daha beynəlxalq ictimaiyyəti, xüsusilə BMT-nin Fələstinin və Qüdsün işğalına son qoymaq üçün əməli addımlar atmağa çağırır", - bəyanatda vurğulanıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: İran   Qüds  





Xəbər lenti