Trampın Qüdslə bağlı qərarının arxasındakı 3 səbəb
ABŞ prezidenti Donald Trampın daxili və xarici təpkilərə baxmayaraq, Qüdsü İsrailin paytaxtı kimi tanıması sual doğurur. Buna səbəb nə idi?
İddialara görə Tramp Qüdslə bağlı qərarında israrçı olmaqla 3 mühüm hədəfə çatmağı planlaşdırır.
Birinci səbəb
ABŞ Konqresi səfirliyin Qüdsə köçürülməsi barədə qərarı 1995-ci ildə verib. Ancaq, bu dövrdən başlayaraq heç bir ABŞ prezidenti bunu reallaşdırmağa cəhd etməyib. İqtidara gəldikdən sonra qəti addımlar atmamaqda ittiham edilən Tramp 22 il sonra bu qərarı reallaşdıran prezident olmaq istəyir. Bununla da o, qərarların icraçısı olan prezident kimi özünü göstərməyə çalışır.
İkinci səbəb
“Brookings İnstitutu”nun araşdırmasına görə, ABŞ-da demokratların çoxluğu səfirliyin Qüdsə köçürülməsi barədə qərarın əleyhinədir. Respublikaçılar arasında isə fikirayrılığı hökm sürür. Ehtimal edilir ki, Tramp bu addımı atmaqla yəhudi lobbisi vasitəsi ilə respublikaçılar arasında reytinqini artırmağa çalışır.
Üçüncü səbəb
İddiaya görə, Tramp tarixdə “İsrail-Fələstin problemini həll edən prezident” olaraq qalmaq istəyir. Yəni, bu qərarla sülh danışıqlarında Fələstinə daha çox təzyiq etməyi planlaşdırır. Bəzi ekspertlər hesab edirlər ki, Tramp bu məsələdə yalnış mövqe tutur. Bildirilir ki, Tramp səfirliyi Qüdsə köçürmə qərarının səbəb olacağı nəticələri düzgün hesablaya bilmir, yaxud müşavirləri tərəfindən səhv istiqamətləndirilir.
Elvin Abdulqədirov
AzVision.az