Erməni hərbçilər qəzaya düşdü: Yaralılar var (FOTOLAR)

Erməni hərbçilər qəzaya düşdü: Yaralılar var (FOTOLAR)
  07 Dekabr 2017    Oxunub:5887
Ermənistanda hərbçilərin olduğu avtomobil qəzaya düşüb.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, “Ford” markalı avtomobil elektrik dirəyinə çırpılıb. Maşında olan iki hərbçi xəsarət alıb. Yaralılar Vanadzorda yerləşən hospitala aparılıb.

Hərbçilərdən birinin vəziyyəti orta ağır, digər isə ağır olaraq qiymətləndirilir.

***

Son məlumata görə xəsarət alan sürücü Vanadzor hərbi komissarlığında isləyir, yaralı sərnişin isə hərbi hissələrdən birində şöbə rəisidir. Onlar Vanadzor hərbi hospitalına təxliyyə edilib. Sürücünün vəziyyəti orta ağır, sərnişinin vəziyyətinin isə ağırdır.







Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti