Fətullah Gülən ermənilərlə gizli əməkdaşlıq edir

Fətullah Gülən ermənilərlə gizli əməkdaşlıq edir
  07 Dekabr 2017    Oxunub:8353
“Fətullahçı teror təşkilatı (FETÖ) erməni diasporu ilə yaxından əməkdaşlıq edir”.
AzVision.az xəbər verir ki, bunu “Turkish Heritage Organization” təşkilatının prezidenti Əli Çinar “Anadolu” agentliyinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, FETÖ erməni diasporu ilə birlikdə ABŞ Konqresi və Senatda Türkiyə əleyhinə fəaliyyət göstərir:

“Hətta onlar qondarma “erməni soyqırımı” məsələsində erməni diasporu ilə yaxından əməkdaşlıq edirlər. Türkiyə əleyhinə olan qanun layihələrinin qəbulu üçün gizli iş aparırlar. Türkiyə əleyhinə qərarların qəbulunda FETÖ-yə yaxın konqresmenlərin rolu böyükdür”.



Elvin Abdulqədirov
AzVision.az


Teqlər: FETÖ   Erməni  





Xəbər lenti