Daha bir ölkə Qüdsü İsrailin paytaxtı kimi tanıdı

Daha bir ölkə Qüdsü İsrailin paytaxtı kimi tanıdı
  07 Dekabr 2017    Oxunub:13549
ABŞ-dan sonra Çexiya da Qüdsü İsrailin paytaxtı kimi tanıyıb.

AzVision.az xəbər verir ki, bu barədə Çexiya Xarici İşlər Nazirliyinin rəsmi internet saytında məlumat yerləşdirilib.
Məlumatda bildirilib ki, İsrail və Fələstin arasında sülh sazişi imzalanana qədər Qüdsün qərbi İsrailin paytaxtı kimi tanınacaq.

“Çexiya səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi isə ancaq bölgədə və dünyadakı müttəfiqlərlə keçiriləcək görüşlərin nəticələrinə əsasən qərara alınacaq”, - deyə qeyd olunub.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Çexiya   Qüds  





Xəbər lenti