Böyük Britaniyanın ticarət naziri Bakıya gəlir

Böyük Britaniyanın ticarət naziri Bakıya gəlir
  07 Dekabr 2017    Oxunub:1845
Böyük Britaniyanın ticarət və ixracın təşviqi dövlət naziri Baronessa Rona Fairhead dekabrın 14-15-də Azərbaycana səfər edəcək.
Bu barədə AzVision.az-a Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Məlumata əsasən Rona Fairhead Bakıda iqtisadiyyat naziri Şahin Mustafayevlə birgə Azərbaycan-Birləşmiş Krallıq hökumətlərarası komissiyanın ikinci iclasında iştirak edəcək.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Böyük-Britaniya  





Xəbər lenti