Qüdsü etirazlar bürüdü - Yüzdən çox yaralı var

Qüdsü etirazlar bürüdü - Yüzdən çox yaralı var
  08 Dekabr 2017    Oxunub:4763
ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması İordan çayının qərb sahilində münaqişənin alovlanmasına səbəb olub.
Türkiyə KİV-lərinin yaydığı məlumata görə, yüzlərlə fələstinli Xevron şəhərində etiraz aksiyasına çıxıb. Qüds, Vifliyem, Rəmalla və Qəzza bölgəsində aksiyaçılar ilə İsrail hərbçiləri arasında toqquşma baş verib.

Toqquşmalar zamanı xeyli sayda insan yaralanıb. Hazırda toqquşmaların davam etdiyi bildirilir.

"Sky News Arabia" kanalının məlumatına görə, etirazçılara qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edilib.

"Anadolu" agentliyi isə xəbər verib ki, insident zamanı 108 fələstinli xəsarət alıb.

AzVision.az


Teqlər: Qüds   İsrail  





Xəbər lenti