Putin Qüds məsələsində Ərdoğanı dəstəklədi

Putin Qüds məsələsində Ərdoğanı dəstəklədi
  08 Dekabr 2017    Oxunub:2461
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.

AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, telefon danışığı Ərdoğanın təşəbbüsü ilə baş tutub.
Prezidentlər söhbət zamanı ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasını müzakirə ediblər.

Ərdoğan Trampın qərarının bölgədə sülh və sabitliyə mənfi təsir göstərəcəyini deyib. Putin Türkiyə prezidentinin fikirlərini dəstəklədiyini vurğulayıb.

Bundan əlavə prezidentlər iki ölkə arasındakı münasibətlər və regionlar məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

AzVision.az


Teqlər: Putin   Ərdoğan   Qüds  





Xəbər lenti