Bəstəkarlar İttifaqından prezidentə dəstək

Bəstəkarlar İttifaqından prezidentə dəstək
  24 Sentyabr 2013    Oxunub:1100
Sentyabrın 23-də Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) oktyabrın 9-da baş tutacaq prezident seçkilərinə həsr edilən ümumi yığıncaq keçirilib.

Qurumun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, yığıncağın sonunda iclas iştirakçılarına müraciət təqdim olunub.

Müraciətdə deyilir:
"Müasir dövrdə doğma vətənimizin həyatın bütün sahələrində inkişafı göz önündədir. Azərbaycan iqtisadi göstəricilərinə görə yüksək nailiyyətlər əldə edib. Ulu öndər Heydər Əliyevin 20 il bundan öncə xalqımızın tərəqqisi naminə başladığı məqsədyönlü siyasətin inkişaf kursu onun layiqli davamçısı İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. İndi Azərbaycan əmin-amanlıq və sabitlik şəraitində insanlara dinc həyat bəxş edib, uca kainatı - kosmosu belə fəth etməyə qadir ölkələr siyahısındadır.

Son illərin möhtəşəm mədəni layihələri bu mühüm sahənin daim cənab Prezidentin diqqət mərkəzində olduğunu bariz surətdə nümayiş etdirir. Azərbaycan incəsənəti dünya miqyasında layiqincə təmsil və təbliğ olunur. Bu baxımdan hörmətli Prezidentimizin musiqi sənətimizin və bu sırada Bəstəkarlar İttifaqının, onun üzvlərinin rifahına yönəlmış taleyüklü qərar və sərəncamları xüsusi əhəmiyyətə malikdir.

Biz heç vaxt unutmamalıyıq ki, İttifaqımızın öz tarixi binasına qayıtması, hamımız üçün əziz sayılan bu müqəddəs məbədin hazırkı gözəl siması bilavasitə hörmətli Prezidentimizin adı ilə bağlıdır. Bəstəkarlar İttifaqının 80 illik tarixində ilk dəfə olaraq məhz İlham Əliyevin sərəncamı əsasında İttifaqımızın üzvləri hər il xüsusi təqaüd almaq imkanı qazanıblar. Mübaliğəsiz demək olar ki, hazırda təşkilatımız özünün əsl intibah dövrünü yaşayır.
Bütün bu deyilənləri nəzərə alaraq, biz öz müraciətimizlə hazırkı Prezident seçkilərində yekdilliklə cənab İlham Əliyevin namizədliyini dəstəkləyir və ona böyük etimad bəslədiyimizi bildiririk. Bütün həmvətənlərimizi də bizimlə həmrəy olmağa və səslərini İlham Əliyevə verməyə çağırırıq".






Teqlər:





Xəbər lenti