İsrail Qəzzaya tanklarla hücum etdi

İsrail Qəzzaya tanklarla hücum etdi
  08 Dekabr 2017    Oxunub:2011
İsrail blokada altında olan Qəzzaya hərbi təyyarələr və tanklarla hücum həyata keçirib.
AzVision.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

İsrail ordusundan verilən açıqlamada bildirilir ki, basqın gün ərzində Qəzzadan İsrailin cənubuna atılan 3 raketli hücuma cavab olaraq həyata keçirilib: “Ordumuza aid hərbi təyyarələr və tanklar vasitəsilə Qəzzadakı terror təşkilatlarına məxsus iki hədəf vurulub”.

Açıqlamada qeyd olunur ki, atılan raketlərdən ikisi Qəzzaya, ikisi isə İsrailin cənubundakı boş sahəyə düşüb. Zərbələr nəticəsində ölən və yaralananların olmadığı bildirilir.

Ordudan verilən açıqlamada Qəzzadan İsrailə atılan bütün raket atışlarına görə məsuliyəti Həmasın daşıdığı vurğulanır.

Qeyd edək ki, İsrailin Qəzzaya hücum üçün səbəb göstərdiyi raket atışlarına görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.

Kənan Məmmədov
AzVision.az


Teqlər: İsrail   Qəzza   Həmas  





Xəbər lenti