“Danışıqların alternativi hərbi əməliyyatlardır” - Ermənistan XİN

“Danışıqların alternativi hərbi əməliyyatlardır” - Ermənistan XİN
  08 Dekabr 2017    Oxunub:1911
Ermənistan və Azərbaycan XİN rəhbərlərinin görüşlərinin aktivləşməsi təmas xəttində gərginliyin azalması ilə bağlıdır.

AzVision.az “News.am”-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Koçaryan bildirib.
Nazir müavinin sözlərinə görə, danışıqlar daha arzuolunandır, çünki bunun alternativi hərbi əməliyyatlardır: “Bu baxımdan görüşü inam atmosferini yaradan amil kimi dəyərləndirmək olar”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Ermənistan   Azərbaycan   Qarabağ  





Xəbər lenti