"Prezidentin 20 ən böyük uğuru" posterlərdə - FOTO

"Prezidentin 20 ən böyük uğuru" posterlərdə - FOTO
  24 Sentyabr 2013    Oxunub:980
“Prezidentin 20 ən böyük uğuru” adlı kampaniyasına start verilib.
“Ağ Yol” Vətəndaş Hərəkatı bir neçə gündür ki, “Prezidentin 20 ən böyük uğuru” adlı kampaniyaya start verib.

Kampaniya çərçivəsində Prezident İlham Əliyevin 10 il ərzində tarixə yazdığı 20 ən böyük uğuru haqqında posterlər hazırlanır və geniş cəmiyyətə keçmiş Sovetlər Məkanının ən böyük Facebook qrupu olan 540.000 minlik “Ağ Yol” qrupu, 129.000 minlik “Ağ Yol” Facebook səhifəsi vasitəsilə təqdim edilir.

Birinci uğur:

Azərbaycan 155 ölkənin səsini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi. Ölkəmiz tarixi uğur qazanaraq dünya siyasətinin müəyyənləşməsində iştirak etməyə başladı, qlobal proseslərin aktoruna çevrildi.

İkinci uğur:

Azərbaycanda kosmik sənayenin yaradılması və “Azərspace-1” peykinin orbitə buraxılması Prezident İlham Əliyevin qlobal səviyyəli uğurlarından biridir. “Azərspace-1”in hazırlanması və orbitə buraxılması təkcə Azərbaycanda yox, bütün dünyada diqqəti cəlb edən bir hadisəyə çevrildi.
“Azərspace-1” peyki Avropa, Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionunu əhatə edir. Bu peyk teleradio yayımı və telekommunikasiya xidmətlərinin göstərilməsini, eləcə də keyfiyyətli və dayanıqlı rabitə platformalarını təmin edəcək.
Peykin resurslarının 80 faizi dünya bazarlarına ixrac ediləcəkdir ki, bu da ölkəmizə xeyli maddi gəlir gətirəcək. Respublikamızın siyasi qazancı isə daha çox olacaq.

Üçüncü uğur:

Prezident İlham Əliyevin rəhbərliyi altında son on ildə Azərbaycan iqtisadiyyatı üç dəfə artıb, yoxsulluğun səviyyəsi 49 faizdən 6 faizə, işsizlik 5 faizə enib. Azərbaycanda müasir iqtisadi və sosial infrastruktur yaradılıb. Ölkənin enerji təhlükəsizliyi tam, ərzaq təhlükəsizliyi isə əsasən təmin olunub. Azərbaycanın icmal büdcəsinin xərcləri 13 dəfə artaraq 1,5 milyard manatdan 20 milyard manata çatıb. 2003-cü ildə 800 milyon dollar təşkil edən strateji valyuta ehtiyatları artıq 50 milyard dollara yüksəlib. 1.2 milyon yeni iş yeri yaradılıb. 2500 məktəb, yüzlərlə səhiyyə müəssisəsi, mədəniyyət, idman obyektləri tikilib istifadəyə verilib. Azərbaycan iqtisadiyyatı keçid dövrünü başa vurub, ölkəmiz iqtisadiyyatın rəqabətə davamlılığına görə, dünyada 39-cu yeri tutub.

Dördüncü uğur:

Tarixdə ilk dəfə olaraq 1-ci Avropa Yay Olimpiya Oyunları Azərbaycanda keçiriləcək. Bu qərar Azərbaycanın dünyada olan nüfuzunun və beynəlxalq aləmin ölkəmizə verdiyi böyük önəmin bariz nümunəsidir. Vətənini sevən hər bir Azərbaycan vətəndaşı bu nailiyyətdən iftixar hissi duyur. Bu oyunlara ciddi hazırlıq tədbirləri çərçivəsində yeni idman kompleksləri, mehmanxanalar tikilir. Mövcud idman komplekslərinin bəzilərində yenidən qurma işləri həyata keçirilir. Bu hazırlıqlar Bakının daha da gözəlləşməsinə öz təsirini göstərməkdədir. Bakı dünya səviyyəli idman yarışlarını qəbul edən paytaxta çevrilib.

"Ağ Yol" Vətəndaş Hərəkatından verilən məlumata görə, kampaniyaya yeni posterlər də əlavə olunacaq.(milli.az)

Qalereya




Teqlər:  





Xəbər lenti